Developing tech industry in Azerbaijan - Tural Badirkhanli
Hər kəsi salamlayıram, bugün bizim qonağımız iş adamı, texnologiya şirkəti sahibi Tural Bədirxanlıdır. Salam, Tural. Salam, Emin.
İcazə verin sizi izləyicilərimizə təqdim edim: Tural texnologiya şirkəti sahibidir, Azərbaycanda doğulmuşdur, təhsilini ABŞ-da, Masaçusets Texnologiyalar Universitetində almışdır, bundan sonra o, öz şirkətini - Namo Media adlı texnologiya şirkətini qurmuşdur. Bu şirkəti 50 milyon dollara "Twitter" şirkətinə sataraq, bir müddət "Twitter" şirkəti üçün işləmişdir. İki ildir ki öz yeni şirkətini - Solidshape adlı şirkəti yaratmışdır.
Tural, bu düzdürmü ki, sizin indi oturduğunuz ofis Mark Zukerberqə məxsusdur və bu onun Palo Altoda yerləşən ki ilk ofislərindən biridir? Bəli, doğrudur, "Facebook" Silikon Vadisinə köçəndən əvvəl ofisləri Palo Alta qəsəbəsində olub. Bəli, bu çox maraqlıdır ki, indi mənim oturduğum otaq da həmin ofislərdən biri idi. Siz təhsil almaq üçün ABŞ-a getdiniz, öz şirkətinizi qurdunuz, sonra onu Twitterə satdınız, Sizcə, bunu Azərbaycanda edə bilərdiniz? Sizcə, texnologiya şirkəti yaratmaq üçün mütləq ABŞ-da təhsil almaq və şirkəti ABŞ-da qurmaq vacibdir? Demək istəyirəm ki, 50 milyona satdığınız bir şirkəti Azərbaycanda qalaraq qurmaq mümkün olardı? Yoxsa bunu etmək üçün mütləq ABŞ-a getmək lazım idi? Məncə, mütləq ABŞ-a getmək lazımdır. Bəlkə də məhz ABŞ olmaya da bilər, amma ABŞ - qeyri-adi təşəbbüslər edən insanların məkanıdır. Bəli, məncə ABŞ-a gəlmək lazımdır.
Mütləq ABŞ-da təhsil almaq vacib deyil, amma məkan olaraq, burada olmaq vacibdir, bəli. Ən azı, bu günkü gündə, bəli bu indi vacibdir. Azərbaycan haqda fikirləşsək, çox kiçik ölkədir, iqtisadiyyatı çox kiçikdir və çox az sayda sənaye sahələri inkişaf edib, orada hər cəhətdən imkanlar çox limitlidir. Buna görə də, düşünürəm ki orada çox çətin olardı, hətta yəqin ki mümkün olmazdı Amma yenə də, ABŞ-da yaşamaq və işləmək də o demək deyil ki, orada hamı uğurlu olur, start-upların çox hissəsi uğursuzluğa düçar olur, elədir? Amma siz uğursuzluğa düçar olmadınız siz şirkəti yarada bildiniz, onu "Twitter"ə satmağı bacardınız, sizin biznes modeliniz necə idi? necə bir dəyər, məhsul yaratdınız ki, bu qədər çox insanın uğursuzluğa düçar olduğu halda, uğur əldə edə bildiniz? Namo Mediada tətbiq etdiyiniz biznes modeli necə idi? Nəyə görə o uğurulu oldu? Bəli, Namo Media - başqa tətbiqlərə gəlir əldə etməyə kömək edən bir platforma idi. Biz şirkəti 2013-ci ildə - məhz çoxlu miqdarda tətbiqlər yaradıldığı zamanda yaratmışdıq, çox insan tətbiqlər yaratmağa çalışırdı.
Lakin, o tətbiqlərdən necə pul qazanacaqlarını, monetizasiya edəcəklərini bilmirdilər Belə bir hekayə var ki, Kaliforniyada "qızıl ovu" dövründə, bildiyiniz kimi Amerikada belə bir dövr olub, çox insan qızıl axtarmağa gedirdi və varlanmağa çalışırdı Belə bir fikir var ki, o dövrdə daha çox qızıl axtaranlar yox, onlara xidmət edənlər varlandılar. Biz də, demək olar ki həmin o ideyanı istifadə edirdik - biz tətbiqlər yaradan insanlara xidmət edirdik və istəyirdik ki onlara yaratdıqları tətbiqləri monetizasiya etməyə, biznes modeli qurmağa kömək edək Bu da bizim biznes modelimiz idi. Məncə, biz digər insanların ehtiyacı olan bir məhsul yaratmışdıq. Məncə, hansı dəyəri yaratdığımızın əsas mahiyyəti budur. İki il əvvəl siz Solidshape adlı digər bir şirkəti yaratdınız. Onun haqqında da bizə daha geniş məlumat verə bilərsiz? Bəs onun biznes ideyası necədir və orada işlər hansı mərhələdədir? Demək olar ki bir il yarımdır.
Bu tamam fərqli industriyadır - tikinti materialları industriyasıdır, tikinti sahəsidir və bu yalnız ABŞ-da bir trilyon dollarlıq dövriyyəsi olan bir biznesdir. Lakin bu materiallar 30-40-50 il əvvəlki alətlərlə texnologiyalarla istehsal edilən materiallardır. Çox köhnə, old-school bir istehsal sahəsidir Burada bizim əsas ideyamız odur ki, bu köhnə istehsal sahəsində satışı yeni zamanın şərtlərinə uyğun transformasiya etmək üçün texnologiyalar yaratmaq, bu materialların alınması prosesini daha etibarlı və asan prosesə çevirməkdir. Bu prosesi izah etmək üçün Airbnb biznesi ilə müqayisə edərdim.
Airbnb yaranmamışdan əvvəl əgər kimsə qısa müddətlik bir mənzil kiralamaq istəyirdisə, bu çox çətin olurdu. çünki,
2021-02-12 03:33